🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tailandın sabiq kraliçası Sirikit 93 yaşında vəfat edib

Tailandın sabiq kraliçası, hazırkı kral Maha Vaçiralonqkornun anası Sirikit 93 yaşında dünyasını dəyişib.

Azərbaycan.media xəbər verir ki, bu barədə ölkənin kral ailəsi rəsmi məlumat yayıb.

Açıqlamaya əsasən, Sirikitin dəfn mərasimi ən yüksək dövlət səviyyəsində təşkil olunacaq. Onun vəfatı ilə əlaqədar Tailandda bir il müddətinə milli matəm elan edilib.