Azərbaycan.media xəbər verir ki, İrlandiyada bu gün, oktyabrın 24-də prezident seçkiləri keçirilir. Azərbaycan.media xəbər verir ki, səsvermə məntəqələri yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam 22:00-dək açıq qalacaq.
Dövlət başçısı postu uğrunda iki qadın namizəd mübarizə aparır: 68 yaşlı Ketrin Konnolli və 62 yaşlı Heder Hamfris.
Konnolli seçkilərdə müstəqil şəkildə iştirak etsə də, onu millətçi “Sinn Féin” partiyası və bir sıra sol yönümlü siyasi qüvvələr dəstəkləyir.
Heder Hamfris isə “Fianna Fóil” (FF) partiyası ilə birlikdə hakim koalisiyanın tərkibində olan mərkəzçi “Fine Gael” (FG) partiyası tərəfindən irəli sürülüb.
Seçki bülletenində daha əvvəl Jim Gavin-in də adı yer almışdı. Lakin o, oktyabr ayında yaranan səhvlər və maliyyə qalmaqalı səbəbindən namizədliyini geri götürüb.
