🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alimlərdən tövsiyə: stresslə mübarizədə qara çay yox, yaşıl çay için

Stress səviyyəsini azaltmaq istəyənlər üçün yaşıl çay ən doğru seçim ola bilər. Azərbaycan.media xəbər verir ki, Avstraliyanın Svinburn Universitetinin alimləri yaşıl çayın insanlarda stressi azaltdığını sübut ediblər.

Tədqiqatçılar plasebo nəzarətli araşdırma zamanı müəyyən ediblər ki, yaşıl çay yalnız qanda kortizol səviyyəsini aşağı salmaqla kifayətlənmir, həm də beyində istirahətlə əlaqələndirilən alfa dalğalarının yaranmasını stimullaşdırır.

Bu təsirin səbəbi yaşıl çayın tərkibindəki L-theanine adlı təbii birləşmədir. Alimlər ilk dəfə olaraq bu maddənin beyinə təsirini qiymətləndirmək üçün MEG texnologiyasından istifadə ediblər.

Mütəxəssislərin fikrincə, yaşıl çay təkcə stressi azaltmır, həm də beyin fəaliyyətini yaxşılaşdırır, yağ yandırılmasını sürətləndirir və idman performansını artırır. Onun tərkibindəki antioksidantlar xərçəng, ürək-damar və tip 2 diabet riskini azaldır.

Bundan əlavə, yaşıl çay ağızda bakteriyaların çoxalmasının qarşısını alır, həmçinin Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin riskini aşağı sala bilər.

Mənbə: Azərbaycan.media