🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp Putinlə Budapeştdə planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan görüşü təxirə salıb.

Tramp bildirib ki, Putinlə görüş bir qədər sonra baş tutacaq.

ABŞ Prezidenti NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib:
“Biz Prezident Putinlə planlaşdırılan görüşü ləğv etdik. Görüşün bu mərhələdə keçirilməsini məqsədəuyğun saymadım. Lazımi nəticəyə nail olacağımıza əmin deyildim. Buna görə də görüşü təxirə salmaq qərarına gəldim. Lakin gələcəkdə bu görüş mütləq keçiriləcək.”