🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gülüstan Əliyevadan yeni mahnı – “Olan olmuş”

 

Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı, “Xarıbülbül” və “İlin adamı” mükafatlarının laureatı, Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyası və İncəsənət Gimnaziyasının səs müəlliməsi Gülüstan Əliyeva sənətdə daim fəallığı ilə seçilir.

Sənətkar bir an belə bikar qalmağı sevmədiyini bildirir. O, daim üzərində çalışır, yeni layihələrə imza atır, konsertlər verir, mahnılar hazırlayır və kliplər ərsəyə gətirir.

Azərbaycan.media xəbər verir ki, bu dəfə də Gülüstan xanım sevənlərini yeni ifası ilə sevindirib. Söz və musiqisi Fazilə Qaraxanqızına məxsus olan mahnı “Olan olmuş” adlanır. İfa sənətkarın emosional səsi və dərin mənalı sözləri ilə dinləyicilərin qəlbinə yol tapıb.

Mahnının müşayiətini Buta İnstrumental Ansamblı həyata keçirib. Ansamblın bədii rəhbəri Rövşən Qurbanovdur.

Böyük sənətkarımızın “Olan olmuş” adlı yeni mahnısını Gülüstan Əliyevanın şəxsi YouTube kanalında izləyə bilərsiniz:

Videoya baxın

 

 

Hazırladı: Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media