Uzaqda
Yuxusu qeybə çəkilən,
Daş damlardan uzaqda.
Sahili görünməyən
İnamlardan uzaqda.
Qaralanıb, ağlanıram
An-an varaqlanıram…
Kəsrlərə aldanıram,
Bu tamlardan uzaqda.
İlahi eşqə gəlirlər,
Gözlərində qərib sirrlər…
Balıqlar xöşbəxt ölürlər
Adamlardan uzaqda…
Bilən varmı ki,hardasan?!
Bütün olan, olacaqlar
İlahi anın içində.
Heç yorulmadınmı,adam
Yanan səhranın içində?!
Əridi,anlar əridi,
Şükürlər,hələ diridi…
Neçə ilin əsiridi
Ruhun bu canın içində?!
Hardasan,adam,hardasan?
Bilən varmı ki,hardasan?!
Sən zamandan kənardasan,
Yoxsa,zamanın içində?!…
Mənbə: Azərbaycan.media
