Azərbaycan.media xəbər verir ki, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində görüş keçirilib.
Tədbirdə fakültənin müəllim və tələbə heyəti, həmçinin ədəbiyyat və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüş zamanı Zemfira Məhərrəmlinin zəngin yaradıcılığı, publisistika sahəsindəki xidmətləri və gənc jurnalistlərin yetişməsinə verdiyi töhfələrdən danışılıb.
Yubilyar çıxışında doğma təhsil ocağında belə bir səmimi tədbirin təşkilinə görə universitet rəhbərliyinə və Hüquq fakültəsinin kollektivinə təşəkkür edib:
“Möhtəşəm Zəfərimizin beşinci ildönümü ərəfəsində doğma təhsil ocağımız — Bakı Dövlət Universitetində tələbələrin və müəllimlərin fəal iştirakı ilə keçirilmiş, hələ uzun müddət yaddaşlarda qalacaq görüşlə bağlı minnətdarlığım sonsuzdur. Təşəkkürlər, Hüquq fakültəsi!”
Mənbə: Azərbaycan.media
