Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən bir qrup xarici ölkə vətəndaşı Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı DSX-nin Mətbuat Mərkəzi yayıb.
Bildirilib ki, DSX-nin “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə keçməyə cəhd edən iki nəfər Mərakeş vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay saxlanılıb.
Həmçinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa çalışan üç nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində tutulublar.
Hazırda faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
