Azərbaycasn.media xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində zavodda baş verən partlayış nəticəsində 9 nəfər həlak olub, 5 nəfər yaralanıb. Vilayət qubernatoru Aleksey Teksler hadisə yerinə bütün təcili yardım xidmətlərinin cəlb olunduğunu bildirib. İlkin məlumatlara görə, partlayış təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib, pilotsuz uçuş aparatı ilə hücum iddiaları isə təsdiqlənməyib. Fövqəladə Hallar Nazirliyi dağıntıları təmizləyir.
