🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda qəzalı binalar söküləcək

Bakıda qəzalı binalar söküləcək

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü həyata keçiriləcək.

Azərbaycan.media xəbər verir ki, bu barədə məlumat Trend-ə istinadla yayılıb.

Məlumata görə, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, həmçinin Y.Qasımov küçəsi, ev 39, eləcə də Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında aparılacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinə dair layihə-smeta sənədlərinin hazırlanmasını artıq başa çatdırıb.

Qeyd edilir ki, sözügedən işlərin icrası “Global Engineering Management Company” MMC-yə həvalə edilib və bununla bağlı rəsmi müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkətə 21 948 manat məbləğində vəsait ödənilib.