🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski İsveçə rəsmi səfərə gedir

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski İsveçə rəsmi səfərə yola düşür.

Azərbaycan.media xəbər verir ki, məlumat İsveç hökuməti tərəfindən açıqlanıb.

Səfər çərçivəsində Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla görüşəcək. Tərəflər Linçyöping şəhərində yerləşən “Saab” şirkətinə məxsus müdafiə sənayesi zavodunu da ziyarət edəcəklər.

Görüşdən sonra Kristersson və Zelenski birgə mətbuat konfransı keçirəcək və hərbi təyinatlı məhsulların ixracı ilə bağlı bəyanat verəcəklər.

İsveç hökumətinin məlumatına əsasən, liderlər Rusiya-Ukrayna müharibəsinin gedişatını və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.