🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şimali Koreya APEC sammiti ərəfəsində yeni ballistik raket sınağı keçirdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) Şimali Koreyanın şərq istiqamətində ballistik raket buraxılışı həyata keçirib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələri məlumat yayıb. Raketin tipi və uçuş məsafəsi barədə təfərrüatlar dəqiqləşdirilir. Raket buraxılışından sonra Cənubi Koreya ordusu müşahidə və nəzarət tədbirlərini gücləndirib.

KXDR-in bu addımı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələrinin liderlərinin oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyada keçiriləcək sammiti ərəfəsinə təsadüf edir.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə may ayında qısamənzilli və qanadlı raket sınaqları həyata keçirmişdi.