🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistan parlament rəhbəri Katolikos II Qaregini tanımadığını bəyan edib

Azərbaycan.media xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Katolikos II Qareginin legitimliyini tanımadığını bildirib. O, jurnalistlərə açıqlamasında “Katolikos kimdir? Mən belə bir şəxsi tanımıram. Bu adam öz andını pozub”, – deyə qeyd edib.

Eçmiədzin tərəfindən keşiş Aram Asatryanın ruhanilikdən uzaqlaşdırılmasına münasibət bildirən Simonyan həmin strukturu “qeyri-legitim qurum” adlandırıb və əlavə edib: “Ktriç Nersisyan (II Qaregin) dediyi kimi, ‘evlərimizə qədər gəlirlər’, qoy bu işi son həddə çatdırmasın… Onsuz da gedəcək”.