Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər reallaşa bilər. Bu barədə dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdən sonra mətbuata açıqlamasında məlumat verib.
Prezident qeyd edib ki, hazırda həyata keçirilən layihələr arasında Zəngəzur dəhlizi də xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu bağlantıları gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də işlər eyni sürətlə irəliləyəcək və nəticədə dəhlizin açılışı 2028-ci ilin sonuna qədər mümkün olacaq”.
