Ukraynanın Bakıdakı səfiri Yuri Qusev və Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və birgə təşəbbüslərin irəlilədilməsi üzrə razılığa gəliblər.
Azərbaycan.media xəbər verir ki, bu barədə Y.Qusev öz “X” sosial şəbəkəsi hesabında paylaşım edib.
Ukrayna səfirinin sözlərinə görə, görüş zamanı Sofi Laqut təyinatı münasibətilə təbrik olunub və tərəflər əməkdaşlığın əsas istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
“Onu təyinatı münasibətilə təbrik etdik. Əməkdaşlığın əsas istiqamətləri barəsində fikir mübadiləsi apardıq. Sıx dialoqun davam etdirilməsi və yeni birgə təşəbbüslərin irəlilədilməsi barədə razılığa gəldik”, – Y.Qusev qeyd edib.
