Oktyabrın 21-də Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Emil Əliyev qətlə yetirilib.
Azərbaycan.media xəbər verir ki, araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, şübhəli şəxs tutulub.
İbtidai istintaq davam edir.
