Rusiya: Hava hücumundan müdafiə qüvvələri 55 Ukrayna dronunu vurub
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Ukraynaya məxsus 55 pilotsuz uçuş aparatını məhv edib.
Azərbaycan.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, “ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 55 sabit qanadlı dronu zərərsizləşdirib. Onlardan 34-ü Rostov, 6-sı Voronej, 6-sı Krasnodar və Lipetsk vilayətlərində, 2-si Krım üzərində, 7-si isə Qara dəniz səmasında vurulub”.
Qeyd olunur ki, Ukrayna ordusu mütəmadi olaraq Rusiya ərazisinə pilotsuz uçuş aparatları və digər vasitələrlə hücumlar həyata keçirir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar 2022-ci il fevralın 24-dən davam edir.
