🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nyu-Yorkun məşhur “432 Park” göydələnində çatlar və təhlükə xəbərdarlığı

Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin simvollarından sayılan 102 mərtəbəli “432 Park” göydələnində çatlar meydana gəlib.

“The New York Times”ın xəbərinə görə, şəhərin mərkəzində yerləşən dəbdəbəli binanın lifti də sıradan çıxıb.

2015-ci ildə istifadəyə verilən binanın fasadı artıq yüzlərlə çatla örtülüb. Mütəxəssislər bu zədələnmələrin əsas səbəbini yağış və külək kimi təbii amillərlə izah edirlər.

Bina istifadəyə verildikdən sonra sakinlər tavanlardan sızma, liftlərin tez-tez sıradan çıxması, güclü külək zamanı otaqlardan səs gəlməsi və yırğalanma kimi problemlərlə üzləşiblər.

Ekspertlər hesab edirlər ki, binanın ağ beton fasadı estetik baxımdan seçilsə də, təhlükəsizlik baxımından düzgün seçim olmayıb. Görünüş prioritet edildiyi üçün təhlükəsizlik məsələlərinə yetərincə diqqət yetirilməyib.

Hazırda şəhərin mərkəzində təhlükə yaradan binanın gələcəyi ilə bağlı hansı qərar veriləcəyi məlum deyil.