Azərbaycan.media xəbər verir ki, Milli Məclisin 24 oktyabrda keçiriləcək növbəti iclasının gündəliyi müəyyənləşib. İclasda ümumilikdə 17 məsələ müzakirəyə çıxarılacaq.
Gündəliyə hakim təyinatları, həmçinin bir sıra qanun və məcəllələrə dəyişiklik layihələri daxildir. Müzakirə ediləcək sənədlər arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində icbari sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Vergi Məcəlləsi”, “Avtomobil nəqliyyatı haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara dəyişikliklər yer alır.
İclas zamanı həmçinin Ali Məhkəmə, Bakı və Gəncə Apellyasiya Məhkəmələrinə yeni hakimlərin təyinatı məsələsinə də baxılacaq.
