Azərbaycan.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Prezidenti Donald Trampın cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə bağlı təklifi “münaqişənin əsas səbəblərini” nəzərə almır.
Lavrovun sözlərinə görə, məsələ Ukraynanın neytral statusu barədə razılaşmanın pozulması və “rusdilli əhaliyə qarşı təqiblərlə” bağlıdır. Nazir qeyd edib ki, “müharibənin köklü səbəbləri” aradan qaldırılmadan atəşkəs çağırışları etmək Rusiya və ABŞ prezidentlərinin Alyaskada əldə etdikləri razılaşmalara ziddir.
