🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstan və Ermənistan müdafiə nazirləri: “Regionda sülh və sabitlik əsas prioritetdir”

Azərbaycan.media xəbər verir ki, Ermənistan və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və İrakli Çikovani İrəvanda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirib, silahlı qüvvələrdə aparılan islahatlar barədə fikir mübadiləsi aparıblar.

İrakli Çikovani Gürcüstanın regional əməkdaşlığın inkişafına hazır olduğunu bildirib və Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannaməni Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində “tarixi addım” adlandırıb.