🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Euronews Academy” Azərbaycanda “TV və canlı jurnalistika” üzrə təlim proqramına start verir

Medianın İnkişafı Agentliyi ilə Avropanın aparıcı xəbər şəbəkələrindən biri – “Euronews” telekanalı arasında əməkdaşlıq çərçivəsində beynəlxalq tədris platforması “Euronews Academy” tərəfindən “TV və canlı jurnalistika” mövzusunda təlim proqramı fəaliyyətə başlayır.

Azərbaycan.media AZƏRTAC-a istinadən xəbər verir ki,  ingilis dilində keçiriləcək təlimdə gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, eləcə də media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistrant tələbələr iştirak edə biləcəklər.

Proqram “Euronews” telekanalının televiziya yayımı üzrə təcrübəli mütəxəssisləri – kanalın Astana bürosunun rəhbəri Bojan Brkiç və Avropa İttifaqı üzrə baş müxbir Sergio Kantonen tərəfindən tədris olunacaq.

Təlim noyabrın ikinci həftəsində keçiriləcək və aşağıdakı modulları əhatə edəcək:

Televiziya xəbərlərinin hazırlanması

Televiziya reportajları və canlı yayım

Xəbər istehsalı (yayıma hazırlıq)

Kamera qarşısında çıxış

Müsahibə texnikası

Proqramı uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.

Təlimdə iştirak üçün müraciətlər 1 noyabr 2025-ci il, saat 18:00-dək qəbul olunur.

Ətraflı məlumat və qeydiyyat üçün: https://www.euronews.com/academy-azerbaijan