🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əməkdar artist Yadigar Muradovun səhhətində müsbət dinamika müşahidə olunur

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti yaxşılaşmağa doğru gedir.

Bu barədə Azərbaycan.media saytına  onun oğlu Yaşar Muradov məlumat verib. Onun sözlərinə görə, hazırda Yadigar Muradovun vəziyyəti stabildir:

“Həkimlər atamın vəziyyətini ciddi nəzarətdə saxlayır. Hazırda durumu normaldır. Bədənindəki infeksiya xeyli azalıb, qızdırması da demək olar ki, çox nadir hallarda qalxır.”

Yaşar Muradov bildirib ki, atasının bədənində güc toplandıqdan sonra növbəti əməliyyat həyata keçiriləcək:

“Bir müddət idi ki, atam yeməyi rahat şəkildə qəbul edə bilmirdi, sistemlə qidalanırdı. İndi gözləyirik ki, özü yeməyə başlasın, bədəni güclənsin və bundan sonra əməliyyat icra olunsun. Yavaş-yavaş sağlamlığı bərpa olunur.”