🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının bir sıra küçə və prospektlərində yeni nişanlanma xətləri çəkilib

Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində yeni nişanlanma xətləri çəkilib. Bu, bəzi sürücülər arasında çaşqınlıq yaradaraq hərəkətin ləngiməsinə və qəza riskinin artmasına səbəb olur. Belə hallardan biri “Elmlər Akademiyası” metrosu yaxınlığında – Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev və Əhməd Cəmil küçələrinin kəsişməsində müşahidə edilib.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu cür qırıq xətlər əslində sürücülərin hərəkət istiqamətini aydınlaşdırmaq üçün nəzərdə tutulub:
“Bu xətlər sürücüyə hansı trayektoriya üzrə hərəkət etməli olduğunu göstərir. Təəssüf ki, bir çox sürücülər bunun mənasını bilmir”.