🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda yol sıxlığı: Sıx olan küçə və prospektlər açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bildirir ki, hazırda Bakı yollarında sıxlıq müşahidə olunur. Ən çox tıxac aşağıdakı istiqamətlərdədir:

Bakı-Sumqayıt şosesi və Tbilisi prospekti, “20 Yanvar” metro stansiyası istiqamətində

Heydər Əliyev prospekti (əsas və köməkçi yollar), mərkəzə doğru

Yusif Səfərov, Üzeyir Hacıbəyli, Afiyəddin Cəlilov və Alı Mustafayev küçələri

1-ci Göl kənarı yolu, Ziya Bünyadov və 8 Noyabr prospektləri, həmçinin “20 Yanvar” dairəsi

Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.