Avropa Komissiyası 4 noyabrda Avropa İttifaqının genişlənməsi ilə bağlı illik hesabatını açıqlayacaq. Hesabatda Aİ-yə namizəd ölkələrin, o cümlədən Ukraynanın Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşma səviyyəsi və əldə etdiyi irəliləyiş qiymətləndiriləcək.
Azərbaycan.media-nın məlumatına görə, bu barədə Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova Kiyevdə keçirilən “Accession Exchange Forum”da bildirib.
Maternova vurğulayıb ki, Aİ-yə üzvlük danışıqları çərçivəsində əsas diqqət Ukraynanın həyata keçirdiyi islahatlar və əldə etdiyi konkret nəticələr üzərində cəmlənir.
“Avropa Komissiyası artıq hesabatın təqdim olunacağı tarixi müəyyənləşdirib. 4 noyabrda Brüsseldə genişlənmə hesabatı açıqlanacaq”, – səfir qeyd edib.
Qeyd edək ki, hər il açıqlanan bu hesabat namizəd ölkələrin Aİ hüququna (acquis communautaire) uyğunlaşma səviyyəsini və islahatların gedişatını əks etdirən əsas sənəddir. Hesabat Ukraynanın Aİ-yə inteqrasiya prosesi və gələcək addımlarına birbaşa təsir göstərəcək.
