🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Audiovizual Şurası “Space TV”-də yayımlanan proqramı müzakirə etdi

Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasında 2025-ci il oktyabrın 8-də saat 22:06-23:09 arası “Space TV” kanalında yayımlanan “Banu” proqramında bölgələrdən birində baş tutmuş qohum evliliyinə dair toy şənliyinin efirə çıxması müzakirə olunub.

Bu barədə Azərbaycan.media-ya Audiovizual Şuradan məlumat verilib.

Müzakirələr zamanı proqramın həmin buraxılışı, 1 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinə edilmiş dəyişikliklər prizmasından qiymətləndirilib. Qanuna görə, yaxın qohumlar – yəni qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikah bağlanmasına icazə verilmir.

Audiovizual Şuranın monitorinq mütəxəssisləri tərəfindən müəyyən olunub ki, toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl baş tutub (rəsmi nikah 06 mart 2025-ci il tarixində qeydə alınıb). Lakin texniki səbəblərdən şənlik yalnız oktyabr ayında efirə verilib.

İclasda proqramın buraxılışında yeni qanunvericilik tələblərinin pozulduğu, bunun redaksiya nəzarətinin yetərsiz olmasının nəticəsi olduğu qənaətinə gəlinib. Yayımçı pozuntunu etiraf edib və məsul əməkdaşla bağlı tədbirlər görülüb. Şura üzvləri “Space TV” kanalına yalnız xəbərdarlıq edilməsinə qərar veriblər.