🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Astanada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanada yerləşən “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi baş tutub.

Azərbaycan.media xəbər verir ki, sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Daha sonra iki ölkənin nümayəndə heyətlərinin üzvləri bir-birinə təqdim olunublar.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib, ardınca Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdikdən sonra birgə foto çəkdiriblər.