Bazar ertəsi ABŞ Senatı, son həftələrdə 11-ci dəfə, Respublikaçılar tərəfindən dəstəklənən və qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.
Azərbaycan.media-nın məlumatına görə, səsvermə C-SPAN kanalı vasitəsilə yayımlanıb.
Səsvermədə Respublikaçılar tərəfindən hazırlanmış və daha əvvəl Nümayəndələr Palatasında təsdiq edilmiş qanun layihəsi 50 senatorun dəstəyi, 43 senatorun isə əleyhinə səsi ilə geri qaytarılıb.
Qeyd olunur ki, layihənin təsdiqi üçün Senatda ən azı 60 səs tələb olunur.
