Azərbaycan.media xəbər verir ki, Xocavənd rayonunun Tağaverd kəndi ərazisində mina partlayışı baş verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, hadisə 2025-ci il oktyabrın 20-də işğaldan azad edilmiş ərazidə baş verib. Ekskavator operatoru vəzifəsində çalışan Agentlik əməkdaşı, 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Yaralı dərhal hadisə yerindən təxliyyə edilərək rayon xəstəxanasına aparılıb. Məlumata görə, İlqar Şirinovun sağ ayağı topuq nahiyəsindən amputasiya edilib, onun vəziyyəti hazırda stabil qiymətləndirilir.
