Bu gün Sumqayıt şəhərinin bir neçə yaşayış massivində qaz təchizatında fasilə yaranıb.
Azərbaycan.media xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, şəhərin 52-ci məhəlləsi, Novxanı bağları, Qurd dərəsi və Saray bağları ərazilərində yerləşən qaz xətlərində yaranmış qəzanın aradan qaldırılması məqsədilə saat 13:50-dən etibarən qaz verilişi dayandırılıb.
Hazırda sözügedən ərazilərdə təmir-bərpa işləri aparılır. İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.
