🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəki Pedaqoji filialının müstəqil universitetə çevrilməsi gündəmdədir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müstəqil universitet statusu alması istiqamətində addımlar atılır.

Azərbaycan.media xəbər verir ki, bu barədə 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İsgəndərov Modern.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, filialın ayrıca universitet kimi fəaliyyət göstərməsi üçün bütün imkanlar mövcuddur:

“Məsələni qaldırdıqdan sonra Nazirlər Kabineti və Baş nazir diqqət yetirdi. Onlara təşəkkürümü bildirirəm. Artıq bu məsələ Nazirlər Kabinetinin bülleteninə də daxil edilib. Bizə bildirildi ki, Şəki filialının müstəqil universitet olması gündəmdədir. Hələlik dəqiq tarix müəyyən edilməsə də, mən məsələni diqqətdə saxlayıram və ictimailəşdirməyə çalışacağam.”

Vüqar İsgəndərov qeyd edib ki, filial bina, texniki baza və professor-müəllim heyəti baxımından müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməyə tam hazırdır:

“ADPU-nun filialları arasında ən yüksək balla qəbul olan məhz Şəki filialıdır. 2026-cı ildə bu mövzunu yenidən gündəmə gətirəcək və danışıqları davam etdirəcəyəm.”

Mənbə: Azərbaycan.media