🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səhər intim münasibət sağlamlığı və xoşbəxtliyi artırır — alimlərdən maraqlı araşdırma

Azərbaycan.media xəbər verir ki, Alimlərin apardığı yeni araşdırma maraqlı nəticə ortaya çıxarıb. Məlum olub ki, günə intim münasibətlə başlayan kişilər və qadınlar gün ərzində özlərini daha gümrah, sağlam və xoşbəxt hiss edirlər.

Rusiya mətbuatının məlumatına görə, səhər seksinin insanın immunitet sistemini gücləndirdiyi, orqanizmi müxtəlif infeksiyalardan qoruduğu sübut edilib. Alimlər qeyd edir ki, bu vərdiş təxminən bir ay davam etdirildikdə, dəridəki səpkilər və sızanaqlar azalır, dəri daha parlaq və sağlam görünür.

25–37 yaş arası könüllülər arasında aparılan təcrübə göstərib ki, səhər cəmi 10 dəqiqə intim münasibətə vaxt ayıran insanların dərisinin tonu yaxşılaşır, saçları möhkəmlənir, ümumi əhval-ruhiyyələri isə yüksəlir.

Eksperimentin sonunda iştirakçılar arasında qrip və soyuqdəymə hallarının da xeyli azaldığı müşahidə olunub. Alimlər hesab edir ki, səhər sevgi dolu münasibət bədən kimyasını balanslaşdırır, günə pozitiv başlanğıc verir və stressi azaldır.

Mənbə: Azərbaycan.media