Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı “Mash” Teleqram kanalı yayıb.
Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Zemfiranın mahnısını dinləyərkən çəkilən videosundan sonra sənətçiyə ölkədə konsert təşkil etmək təklifi göndərilib.
Müğənniyə konsert üçün 20 milyon rubl təklif olunub, lakin məbləğin artırılması ehtimalı da istisna edilməyib.
Buna baxmayaraq, Zemfira təklifi qəbul etməyib. İfaçı səbəb kimi Ermənistanda həbs olunmaqdan ehtiyat etdiyini göstərib.
Qeyd edək ki, Zemfira Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb.
