Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bu axşam İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşəcək.
Azərbaycan.media xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqayi bu gün keçirilən mətbuat konfransında bildirib ki, Lavrentyev hazırda Tehrandadır və İran Xarici İşlər Nazirliyinin rəsmiləri ilə məsləhətləşmələr aparmağı planlaşdırır.
Görüşün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq və məsləhətləşmələr çərçivəsində baş tutacağı qeyd olunub.
