Bu ilin ilk doqquz ayında Azərbaycan Gürcüstandan ümumi dəyəri 170,4 milyon ABŞ dolları olan 6 367 ədəd minik avtomobili idxal edib.
Bu barədə Azərbaycan.media Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalına istinadla xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 3 840 ədəd və ya 37,6 faiz azalıb.
Yanvar-sentyabr aylarında Gürcüstandan ümumilikdə 2,1 milyard ABŞ dolları dəyərində 82 527 ədəd minik avtomobili təkrar ixrac olunub. Bu həcmin 7,72 faizi Azərbaycanın payına düşüb.
