Azərbaycan.media xəbər verir ki, Avropa İttifaqı Rusiya qazının nəqlini və alışını mərhələli şəkildə qadağan etmək qərarına gəlib. Aİ Şurasının qəbul etdiyi qərara əsasən, 2026-cı il yanvarın 1-dən etibarən Rusiya qazının Avropa İttifaqı ölkələrinin ərazisindən üçüncü ölkələrə nəqli dayandırılacaq.
Bununla yanaşı, Avropa Komissiyasının 2028-ci il yanvarın 1-dən Rusiya qazının satın alınmasının tam qadağan olunması barədə təklifi də təsdiqlənib.
Bu addımlar Avropanın Rusiyadan enerji asılılığını minimuma endirmək və Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
