Azərbaycan.media xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində çıxışı zamanı qayınanası ilə bağlı xatirələrini bölüşüb:
“Həmişə qayınanamın yanında olmaq istəmişəm. Təəssüf ki, o Türkiyədə yaşadığı üçün çox vaxt birlikdə ola bilmədik. İndi onu çox kövrək hisslərlə xatırlayıram. Məkanı cənnət olsun. Mənim üçün çox dəyərli idi, hələ də onun üçün darıxıram. Övladlarım da nənələrini çox istəyirdilər.
Mən qayınanamı doğma anam qədər sevmişəm. Axı onun övladı mənim həyat yoldaşımdır, baş tacımdır. Necə sevməyə bilərdim? Həm də çox gözəl və nurlu insan idi”.
Məmmədova bildirib ki, qayınanası ilə keçirdiyi hər görüş onun üçün unudulmaz olub:
“İşimlə əlaqədar tez-tez yanına gedə bilmirdim, amma hər dəfə görüşəndə ayrılmaq çox çətin olurdu. Hər dəfə sarılıb öpürdüm, doymazdım. Çox sevinirəm ki, o cür gözəl oğul böyüdüb. Sənətçinin uğuru çox vaxt ailəsinin və həyat yoldaşının dəstəyindən gəlir”.
Mənbə: Azərbaycan.media
