Donald Tramp və Vladimir Putinin Budapeştdə keçirilməsi planlaşdırılan görüşü ərəfəsində ABŞ administrasiyası Rusiya ilə əlavə ilkin danışıqlar aparmağı planlaşdırır.
Azərbaycan.media xəbər verir ki, bu barədə “The Wall Street Journal” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, Vaşinqton mümkün razılaşma üçün zəmin yaratmaq məqsədilə “daha aşağı səviyyəli” görüşlərin təşkili üzərində işləyir.
Bildirilir ki, bu danışıqlarda ABŞ-ı xüsusi nümayəndə Stiv Uitkoffun əvəzinə dövlət katibi Marko Rubio təmsil edəcək.
