🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qazıntı zamanı torpaq uçqunu iki qardaşın həyatına son qoydu


Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda kanalizasiya quyusunun qazıntısı zamanı torpaq uçqunu baş verib.

Azərbaycan.media APA-nın Türkiyə bürosunun məlumatına əsasən, xəbər verir ki,  hadisə nəticəsində iki qardaş torpaq altında qalaraq həlak olub.

Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.