Azərbaycan.media xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Hakan Fidan bildirib ki, Suriyada bölgənin ən böyük təhlükəsi İsrailin ekspansionist siyasətinin irəliləməsidir. Fidan bu məsələni amerikalılarla da mütəmadi müzakirə etdiklərini və İsraildən bu siyasətdən əl çəkməsinin tələb olunduğunu vurğulayıb.
O qeyd edib ki, oxşar tendensiyalar Misir, İordaniya və Livanda da müşahidə olunub və qonşu ölkələri zəif, parçalanmış saxlamaqla onların zəifliyindən istifadə etmək üzərində qurulan təhlükəsizlik strategiyaları olduqca təhlükəlidir. Fidan həmçinin Suriya məsələsini Türkiyə üçün əsas təhlükəsizlik problemi saydığını — orada baş verənlərin ölkənin ərazi bütövlüyü, vətəndaşların can təhlükəsi və milli maraqları ilə sıx bağlı olduğunu bildirib.
Nazirin sözlərinə görə, Ankaranın prioriteti bölgənin sabitliyinin qorunmasıdır və bu çərçivədə ABŞ və digər tərəfdaşlarla koordinasiyanın davam etdiyini vurğulayıb.
