🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp və Zelenski arasında Ukrayna ilə bağlı fikir ayrılığı yaranıb

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada davam edən münaqişənin gələcək istiqaməti ilə bağlı razılığa gələ bilməyiblər.

Azərbaycan.media xəbər verir ki, məlumatı CNN etibarlı mənbələrə istinadən yayıb.

Xəbərdə bildirilir ki, oktyabrın 17-də Ağ Evdə keçirilən görüş “gərgin, açıq və bəzən narahat” müzakirələr şəraitində keçib. Danışıqlar zamanı Tramp açıq şəkildə bildirib ki, Kiyev hələlik ABŞ-dan uzaqmənzilli raketlər almayacaq.

CNN-in mənbələrinin sözlərinə görə, Tramp Ukraynanın münaqişəni gərginləşdirməyə və uzatmağa çalışdığına inanır.