ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan danışıqlar Ukrayna lideri Vladimir Zelenski üçün tamamilə gözlənilməz olub.
Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı “Axios” nəşri yayıb.
Vaşinqtona səfər edən Zelenskinin Tramp ilə planlaşdırılan görüşə və ABŞ-dan Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketlərinin verilməsi ilə bağlı müsbət gözləntiləri olduğu bildirilir. Lakin Trampın Putinlə apardığı danışıqlar və bu barədə verdiyi açıqlama Ukrayna nümayəndə heyətini təəccübləndirib.
Mənbənin məlumatına görə, Zelenski və komandası Endryus Hərbi Hava Qüvvələri bazasına endikdən dərhal sonra Trampın Putinlə əlaqə saxladığını və onunla Avropa İttifaqının Ukraynaya dəstək verməyən üzvü olan Macarıstanda görüşməyə razılaşdığını elan etməsi ilə şoka düşüblər.
