Azərbaycan.media Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 17-si saat 10:00-a olan vəziyyətə görə ölkənin bir sıra bölgələrində leysan xarakterli yağış müşahidə olunur.
Yağıntının miqdarı bölgələr üzrə belə qeydə alınıb:
• Astara – 15 mm
• Quba – 13 mm
• Zaqatala – 11 mm
• Şabran – 10 mm
• Oğuz – 7 mm
• Yardımlı, Lənkəran, Qusar – 5 mm
• Lerik – 4 mm
• Xaltan, Bakı və Abşeron yarımadası – 2 mm
• Xaçmaz, Qəbələ, Xızı, Şəki (Kişçay), Kəlbəcər, Laçın, Qubadlı – 1 mm-dək
Bununla yanaşı, Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qrız və Lerik ərazilərində duman müşahidə olunur. Görünüş məsafəsi bəzi yerlərdə 500 metrə qədər məhdudlaşıb.
Proqnoza görə, yağıntılı hava şəraitinin oktyabrın 18-i səhər saatlarınadək davam edəcəyi gözlənilir.
