🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistanda X. Abovyan adına Pedaqoji Universitetdə korrupsiya şübhələri — Rektor, prorektor və başqa əməkdaşlar saxlanılıb

Azərbaycan.media xəbər verir ki, Ermənistanda X. Abovyan adına Dövlət Pedaqoji Universitetinin rektoru, prorektoru və bir neçə universitet əməkdaşı saxlanılıb. Bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yayıb.

Komitənin açıqlamasına görə, həmin şəxslər aşağıdakı cinayətlərdə ittiham olunurlar:

  • cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etmək

  • büdcədən külli miqdarda vəsaitin yayındırılması

  • rüşvətxorluq

Universitetin hazırkı rektorunun kimliyi və konkret ittihamların detalları barədə əlavə məlumatlar verilməyib.