Azərbaycan.media-nın məlumatına görə, 13 yaşlı G.Quluzadə ehtiyatsızlıq nəticəsində sirkə turşusunu içib. Ailə üzvləri hadisədən dərhal sonra onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
TƏBİB-dən verilən məlumata əsasən, hadisə bu gün səhər saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə azyaşlı qız Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
2012-ci il təvəllüdlü pasiyentə “dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri” diaqnozu qoyulub. O, ixtisaslı tibbi yardım göstərilməsi məqsədilə Bakıya – Respublika Toksikologiya Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
