Azərbaycan.media xəbər verir ki, Paytaxt Bakıda “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda ICAPP (Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı) Asiya Mədəniyyət Şurasının dördüncü iclası öz işinə başlayıb.
Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciət ünvanlayıb. Prezidentin müraciəti tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən səsləndirilib.
