“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti rəhbər şəxs vəzifəsindən azad olunub.
Azərbaycan.media xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata əsasən, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Həsənov işdən çıxarılıb.
Məlumat “Bakı Metropoliteni” QSC tərəfindən də təsdiqlənib. Qurumdan bildirilib ki, Həbib Həsənov (bəzi mənbələrdə Hacıyev kimi qeyd olunur) öz istəyilə vəzifəsindən ayrılıb və bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı planlaşdırır.
Qeyd edək ki, bir müddət əvvəl də QSC sədrinin əmri ilə Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzifədən azad edilmişdi.
