Azərbaycan musiqisinin görkəmli simalarından biri, xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan.media xəbər verir ki, mərhumla vida mərasimi oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mərasimdə mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və sənətkarın yaxınları iştirak ediblər.
Vida mərasimindən sonra Ramiz Quliyevin cənazəsi II Fəxri xiyabana aparılıb və orada torpağa tapşırılıb.
Qeyd edək ki, Ramiz Quliyev Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış, tar ifaçılığı sahəsində özünəməxsus məktəb yaratmış sənətkarlardandır.
