🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkmənistan Mədəniyyət Günlərində Yaddaqalan Görüş

 

14 oktyabr 2025-ci il — Bakıda Türkmənistan Mədəniyyət Günləri keçirilirdi. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında baş tutan görüş mənim üçün xüsusilə yaddaqalan oldu.

Bu barədə  Azərbaycan.media saytına hörmətli yazıçı – publisist Meyxoş Abdullah bildirib. Meyxoş  müəllim deyir ki, uzun zamandır görüşməyi arzuladığım dostum Oraz Muradovla nəhayət Bakıda bir araya gəldik. Bu görüş həm mənəvi, həm də mədəni baxımdan çox dəyərli idi. Dostum mənə Türkmənistanda nəşr olunan “Alagöz” kitabımı hədiyyə gətirmişdi.

O gün həm dostluğun, həm də ədəbiyyatın bizi birləşdirən gücünü bir daha hiss etdim. Doğrudan da, sevincli və unudulmaz bir gün idi.

 

Meyxoş Abdullah, yazıçı – publisist

Mənbə: Azərbaycan.media